İki gündə 85 nəfər saxlanılıb

Xəbərlər

03.02.2025 - 11:53

Həkimlər Klinikalar SEO Xidməti

Borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

Fevralın 1-də və 2-də ölkə ərazisində qeydə alınan 76, əvvəlki dövrlərdən bağlı qalan 28 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, axtarışda olduğuna görə ümumilikdə 45, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 85 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş