İki əsgərimiz Suqovuşanda minaya düşdü - <font color=red> RƏSMİ</font>

Hadisə

07.04.2021 - 00:13

Onların həyatları üçün təhlükə yoxdur

 

İtkin düşmüş hərbi qulluqçularımızın axtarışı zamanı baş verən mina partlayışında iki hərbçimiz xəsarət alıb.

 

Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən bildirilib.

 

"Vətən müharibəsi zamanı itkin düşmüş hərbi qulluqçularımızın Suqovuşan yaşayış məntəqəsi istiqamətində aprelin 6-sı günorta saatlarında keçirilən axtarışları zamanı düşmən tərəfindən basdırılmış piyada əleyhinə mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları - əsgər Əliyev Pünhan Şaban oğlu və əsgər Bəxtiyar İlqaroğlu xəsarət alıb, onların həyatları üçün təhlükə yoxdur", - deyə məlumata qeyd edilir.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az