İki azyaşlı övladı olan qadın intihar edib

Xəbərlər

10.11.2021 - 01:33

Həkimlər Klinikalar SEO Xidməti

İntihara səbəb onun onkoloji xəstəlikdən əziyyət çəkməsi olub.

Xaçmaz rayonunda intihar hadisəsi baş verib. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Qımılqışlaq kəndində qeydə alınıb.

Kənd sakini 1991-ci il təvəllüdlü Sevda Eyvaz qızı Qurbanova özünü yaşadığı evin həyətində asıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Qadının yaxınlarının sözlərinə görə, S.Qurbanovanın özünə qəsd etməsinin səbəbi onun onkoloji xəstəlikdən əziyyət çəkməsi olub.

Qeyd edək ki, onun 2 azyaşlı övladı var.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş