İdxal olunan süd məhsulunda uyğunsuzluq aşkarlanıb

Xəbərlər

02.06.2025 - 20:57

cedabet dərman SEO Xidməti

Qanunvericiliyə uyğun müvafiq qərar qəbul olunub: məhsul partiyası məhv edilib

Nəzarət tədbirləri çərçivəsində "Besting" MMC-nin Rusiyadan idxal etdiyi “Orsk Süd Məhsulları” şirkətinin istehsalı olan 1593 kiloqram qatılaşdırılmış süd məhsulundan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində tərkibində istifadəsinə icazə verilməyən qida əlavəsi (benzoy turşusu) aşkarlanıb. AYNA.AZ xəbər verir ki, bu barədə AQTA-dan bildirilib.

Qeyd olunub ki, faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul olunaraq, məhsul partiyası məhv edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş