İdlibdə atəşkəs elan edildi

Dünya

05.03.2020 - 22:23

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya və Türkiyə prezidentinin görüşü baş tutub

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında rellaşan görüşdən sonra bir sıra razılıqlar əldə olunub. AYNA xəbər verir ki, liderlər arasında 3 maddəlik razılaşma imzalanıb.

 

Görüşdə əldə olunan razılıqlar isə bunlardır: 

 

1. Təmas xəttində bütün hərbi əməliyyatlar 6 mart 2020-ci il saat 00:01-dən etibarən dayandırılacaq.

 

2. M4 avtomobil yolunun şimalında təhlükəsiz dəhliz qurulacaq və dəhlizin fəaliyyətinə dair əsas üsullar Türkiyə Cümhuriyyəti və Rusiya Federasiyası Müdafiə nazirlikləri arasında 7 gün içində təsdiqlənəcək.

 

3. Türkiyə-Rusiya ortaq patrulları M-4 magistral yolunun Trumbadan (Serakibdən 2 km qərbdə) Ayn-Əl-Havradək olan hissəsi boyunca 15 Mart 2020 tarixində fəaliyyətə başlayacaq.

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş