İctimai nəqliyyat iki gün işləməyəcək

Cəmiyyət

24.04.2021 - 03:54

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir 

 

Bu gündən aprelin 26-sı saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

 

AYNA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.

 

Bununla əlaqədar 24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

 

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş