AQTA qaydaları əks etdirən videoçarx hazırlayıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə metodiki köməklik etmək məqsədilə COVID-19-un profilaktikası çərçivəsində əməl edilməli vacib qaydaları əks etdirən növbəti maarifləndirici videoçarx hazırlayıb.
AQTA-dan AYNA-ya bildirilib ki, sözügedən videoda koronavirusun profilaktikası istiqamətində Nazirlər Kabineti tərəfindən müəyyən edilən qaydalar, bu sahədə tətbiq edilən metodiki göstərişlərin tələbləri əksini tapıb.