Husilər Qırmızı dənizdə ABŞ gəmisinə hücum ediblər

Dünya

25.03.2025 - 12:44

Həkimlər Klinikalar SEO Xidməti

Bu, Amerikanın Yəmənə təcavüzü və Səna və Səadada dinc əhaliyə qarşı irimiqyaslı zərbələrə cavabdır

Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının husiləri Qırmızı dənizdə ABŞ-ın aviadaşıyıcı qrupuna hücum edib. AYNA.AZ xəbər verir ki, bu barədə husi silahlılarının nümayəndəsi Yəhya Sariya “Al Masirah” telekanalında bildirib.

Onun sözlərinə görə, Amerikanın Yəmənə təcavüzü və Səna və Səadada dinc əhaliyə qarşı irimiqyaslı zərbələrə cavab olaraq dəniz qüvvələri, raket qüvvələri və pilotsuz sistem qüvvələri Qırmızı dənizdə ABŞ-ın bir neçə hərbi gəmisinə pilotsuz uçuş aparatları, ballistik və qanadlı raketlər, o cümlədən təyyarədaşıyan gəmiyə hücum edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş