Silahlılar İsrailin üç mühüm hədəfinə üç zərbə endirib
Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının husiləri ballistik raketlə Tel-Əvivdəki Ben Qurion hava limanına hücum edib. AYNA.AZ xəbər verir ki, bu barədə iyunun 1-də hərəkatın “Telegram” kanalında məlumat yayılıb.
"Yəmən silahlı qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) Yaffa, Aşdod və Umm əl-Rəşraş bölgələrində İsrailin üç mühüm hədəfinə üç zərbə endirib", - məlumatda qeyd olunub.
Həmin gün İsrail Müdafiə Qüvvələri (IDF) “X” sosial şəbəkə səhifəsində İsrail əsgərlərinin Yəmən ərazisindən atılan raketi ələ keçirdiyi barədə məlumat yayıb.