Hulusi Akar Azərbaycan xalqını təbrik edib

Xəbərlər

10.11.2020 - 14:25

Həkimlər Klinikalar SEO Xidməti

“Azərbaycanlı qardaşlarımızla bir olmağa davam edəcəyik”

 

“30 ilə yaxındır işğal altında olan torpaqlarını geri almaq, Ermənistanın barbar hücumlarına son qoymaq üçün ədalətli mübarizə aparan və bu mübarizəni üzü ağ bitirən azərbaycanlı qardaşlarımızın qələbəsini təbrik edirik”.

 

AYNA xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar sosial şəbəkədəki paylaşımında qeyd edib.

 

“İmzalanmış atəşkəs müqaviləsindəki şərtlərin yerinə yetirilməsi, işğal olunmuş bütün torpaqların Azərbaycana qaytarılması, bölgədə sülh və əmin-amanlığın bərpası prosesində azərbaycanlı qardaşlarımızla bir olmağa davam edəcəyik”, -deyə Akar vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş