İlk ölüm halı avqust ayında qeydə alınıb
Hollandiyada Qərbi Nil virusuna yoluxmadan üç nəfər ölüb. AYNA.AZ xəbər verir ki, bu barədə “Nu.nl” ölkənin Milli Səhiyyə və Ətraf Mühit İnstitutunun (RIVM) məlumatlarına istinadən məlumat yayıb.
Ölkədə Qərbi Nil qızdırması hallarının ümumi sayı 18-ə çatıb. İlk ölüm halı avqust ayında qeydə alınıb.
Qərbi Nil qızdırması isti iqlimi olan ölkələrdə, o cümlədən Misir, Yunanıstan, İsrail, Tailand, Vyetnam, Hindistan və Afrika, Asiya, Avropa və Şimali Amerikanın bir çox bölgələrində geniş yayılıb.