Hökməlidə tövlədə yanğın olub

Hadisə

30.10.2026 - 12:43

Hadisə nəticəsində xəsarət alan olmayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Hökməli qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub. AYNA.AZ xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Qeyd olunub ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən tövlədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 80kv.m. olan taxta konstruksiyalardan ibarət tövlə və ətrafına yığılmış 14 ton ot bağlamasının 7 tonu yanıb.

Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş