Hirkan Milli Parkında yanğın

Hadisə

14.01.2021 - 22:51

Həkimlər Klinikalar SEO Xidməti

Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur

 

Axşam saatlarında Hirkan Milli Parkının Astara rayonu ərazisində yerləşən Şindan meşəbəyliyində yanğın hadisəsi baş verib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AYNA-ya verilən xəbərə görə, hadisə yerinə Milli Parkın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.


Yanğın yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş