Hindistan ölkəyə gələn əcnəbilər üçün yeni qaydalar tətbiq edib

Dünya

21.10.2021 - 03:36

Həkimlər Klinikalar SEO Xidməti

Səfərdən 72 saat əvvəl koronavirusa qarşı mənfi test cavabı əlavə edilməlidir

Hindistan səlahiyyətliləri dünyada peyvənd edilənlərin sayının artması və COVID-19-a yoluxma sayının azalması ilə əlaqədar olaraq ölkəyə giriş qaydalarını yenidən nəzərdən keçiriblər.

AYNA APA-ya istinadən xəbər verir ki, bununla bağlı ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Yeni giriş qaydalarına görə, xarici səyahətçilərə 30 günlük müddətə birdəfəlik adi və elektron turist vizaları veriləcək. Onlar bu viza əsasında yalnız hava və ya dəniz yolu ilə ölkəyə daxil ola biləcəklər.

Eyni zamanda Hindistana gəlmək istəyənlər “Air Suvidha” portalında qeydiyyatdan keçməli və səfərdən 72 saat əvvəl koronavirusa qarşı mənfi test cavabını əlavə etməlidirlər.

Yalnız mənfi test nəticələri əvvəlcədən portala yükləmiş şəxslər təyyarəyə minə biləcəklər.

Qeyd edək ki, yeni qaydalar oktyabrın 25-dən etibarən qüvvəyə minəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş