Hindistan ABŞ ilə üç mərhələdə ticarət sazişi imzalamağı hədəfləyir

Dünya

20.05.2025 - 16:10

Həkimlər Klinikalar SEO Xidməti

Razılaşmanın yekun mərhələsi ABŞ Konqresinin təsdiqindən sonra qüvvəyə minəcək hərtərəfli saziş olacaq

Hindistan hakimiyyəti ABŞ ilə üç mərhələdə ikitərəfli ticarət sazişi bağlamağı hədəf götürüb. AYNA.AZ  xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Hindistan hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ ABŞ Prezidenti Donald Trampın qarşılıqlı tariflərinin qüvvəyə minməli olduğu iyul ayına qədər Yeni Dehlinin əldə etməyə ümidli olduğu müvəqqəti razılaşma olacaq. O çox güman ki, sənaye mallarının bazara çıxışı, bəzi kənd təsərrüfatı məhsulları və bəzi qeyri-tarif maneələrinin aradan qaldırılması kimi sahələri əhatə edəcək.

Agentlik qeyd edib ki, danışıqlar hələ də davam edir və Tramp administrasiyasının ticarət sazişinin bağlanması üçün üç mərhələli prosesə razılıq verib-vermədiyi bəlli deyil.

Hindistanın Ticarət və Sənaye Naziri Piyuş Qoyal hazırda Vaşinqtondadır və bildirib ki, o ABŞ-ın ticarət naziri Hovard Lutnik ilə ticarət müqaviləsinin birinci tranşının irəliləyişinə dair "yaxşı danışıqlar aparıb".

Hindistan-ABŞ razılaşmasının ikinci mərhələsi payızda əldə olunması gözlənilən daha geniş və ətraflı razılaşmalara gətirib çıxara bilər. Vaxt Trampın QUAD (Hindistan, ABŞ, Yaponiya və Avstraliyanı əhatə edən Dördtərəfli Təhlükəsizlik Dialoqu) liderlərinin sammiti üçün Hindistana planlaşdırılan səfəri zamanı razılaşdırıla bilər.

Razılaşmanın yekun mərhələsi çox güman ki, ABŞ Konqresinin təsdiqindən sonra qüvvəyə minəcək hərtərəfli saziş olacaq. Məsələ ilə tanış olan Hindistan rəsmiləri bildiriblər ki, mümkündür ki, gələn ilə qədər yekunlaşmasın.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş