Hikmət Hacıyevdən dünya ictimaiyyətinə xatırlatma

Siyasət

05.06.2021 - 14:09

Həkimlər Klinikalar SEO Xidməti

Prezidentin köməkçisi "Twitter" səhifəsində Kəlbəcərdəki hadisədən yazıb

 

“BMT Təhlükəsizlik Şurasının 2006-cı ildə qəbul olunmuş 1738 saylı qətnaməsi münaqişə zonalarında fəaliyyət göstərən jurnalistlərin mülki şəxs kimi qəbul olunmasını nəzərdə tutur”.

 

AYNA-nın məlumatına görə, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" səhifəsində yazıb.

 

“BMT TŞ qətnaməsi 1738 - Jurnalistlər, media işçiləri, silahlı münaqişə dövründə təhükəli missiyalar yerinə yetirən əlaqəli şəxslər mülki şəxs kimi qəbul olunmalı və qorunmalıdır”, - deyə H. Hacıyev qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş