Hikmət Hacıyev Pakistana təşəkkürünü bildirib

Siyasət

12.12.2020 - 06:53

Həkimlər Klinikalar SEO Xidməti

Prezidentin köməkçisi: "Bilal Haye, sağ olun əziz pakistanlı qardaşlar"

 

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın respublikamızdakı səfiri Bilal Hayeyə ölkəmizə verdiyi dəstəyə görə təşəkkür edib.

 

AYNA xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Bilal Hayeyə minnətdarlıq hissini özünün "Twitter"dəki hesabında ifadə edib.

 

“Bilal Haye, sağ olun əziz pakistanlı qardaşlar”, - deyə Hikmət Hacıyev "Twitter"də yazıb.

 

Qeyd edək ki, Pakistanın Azərbaycandakı səfiri Bilal Haye daha əvvəl özünün "Twitter" hesabında ölkəmizə növbəti dəstəyini ifadə edib.

 

“Pakistanın hökuməti və xalqı həmişə Azərbaycanı dəstəkləyib və azad edilmiş ərazilərin yenidən qurulmasına, məcburi köçkünlərin ata-baba yurdlarına qayıtması zamanı hərtərəfli dəstək göstərməyə hazırdır”, - deyə səfir sosial şəbəkədəki hesabında yazıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş