Hikmət Hacıyev: “Ermənistanın atəşkəslə bağlı “öhdəliyi” riyakarlıqdır”

Siyasət

14.10.2020 - 11:51

“Tərtər Ermənistanın nasizminə qarşı Azərbaycanın “Stalinqradı”dır”

 

Ermənistanın humanitar atəşkəslə bağlı “öhdəliyi” riyakarlıqdır. AYNA xəbər verir ki, bu barədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

 

“Səhər saatlarından etibarən Tərtər şəhəri ağır artilleriya hücumuna məruz qalıb. 100-dən çox top mərmisi şəhəri və kəndləri vurub. Altı mülki şəxs yaralanıb. Bir mülki vətəndaş öldürülüb. Tərtər Ermənistanın nasizminə qarşı Azərbaycanın “Stalinqradı”dır”, - deyə o qeyd edib.

Müəllif: Ayna.az