Hikmət Hacıyev: "Ermənistan fosforlu mərmilərdən istifadə etməyə davam edir"

Siyasət

03.11.2020 - 22:19

Həkimlər Klinikalar SEO Xidməti

Partlamamış fosfor mərmisi ANAMA tərəfindən zərərsizləşdirilib

 

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter"dəki səhifəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc sakinlərinə qarşı fosforlu mərmilərdən istifadəsi ilə bağlı paylaşım edib.

 

AYNA xəbər verir ki, Prezidentin köməkçisi yazıb:

 

“Ermənistan Azərbaycanın Tərtər rayonunun dinc sakinlərinə qarşı fosforlu mərmilərdən istifadə etməyə davam edir. Partlamamış fosfor mərmisi ANAMA tərəfindən zərərsizləşdirilib".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş