Hikmət Hacıyev Bakı-Tbilisi-Ceyhan boru kəmərinə atılan raketdən yazıb

Siyasət

07.10.2020 - 01:33

Prezidentin köməkçisi: "Ermənistanın enerji infrastrukturuna hücum cəhdləri boşa çıxıb”

 

Ermənistan Bakı-Tbilisi-Ceyhan boru kəmərinə kaset tipli raketlər atıb. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Tvitter hesabında paylaşım edib. 

 

O bildirib ki, raket boru kəmərindən 10 metr aralı düşüb. “300+” kaset tipli bombaların qəlpələri isə ətrafa yayılıb, kəmərə ziyan dəyməyib. 

 

"ANAMA hadisə yerində fəaliyyət göstərir. Ermənistanın enerji infrastrukturuna hücum cəhdləri boşa çıxıb”, - deyə H.Hacıyev paylaşımında yazıb.

Müəllif: Ayna.az