Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AYNA.AZ-a verilən məlumata görə, keçirilən əməliyyat nəticəsində əvvəllər də qeyd edilən cinayət əməlinə görə məhkum olunmuş Cəfər Dadaşov saxlanılıb. Onun üzərindən marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirdiyi 80 ədəd çətənə kolu aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.