Həmsədrlər Arutunyanla görüşmədilər

Xəbərlər

14.12.2020 - 16:07

Görüşün Ermənistan tərəfinin qərarı ilə ləğv edildiyini bildirilib

 

Özünü Qarabağ separatçılarının “rəhbəri” kimi təqdim edən terrorçu Arayik Arutunyan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşməyib. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Arutyunyanın “mətbuat katibi” Vəhram Poqosyan bildirib.

 

Görüşün Ermənistan tərəfinin qərarı ilə ləğv edildiyini bildirilib. Səbəb kimi isə Minsk Qrupunun natamam tərkibi göstərilib. Qeyd edilib ki, rusiyalı həmsədr xəstə olduğu üçün regional səfərdə iştirak etmir.

 

Xatırladaq ki, Arutunyan həmsədrlərlə görüşmək üçün bu gün İrəvana getmişdi.

 

Bundan əvvəl Minsk Qrupunun ABŞ və Fransadan olan həmsədrləri - Rusiyanın Ermənistandakı səfirliyinin müvəqqəti işlər vəkili Endryu Şoffer və Stefan Viskonti, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla görüşüblər.

 

Onu da qeyd edək ki, həmsədrlər İrəvandan əvvəl Bakıya səfər edib, Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçiriblər.

Müəllif: Ayna.az