Həmkəndlisini öldürməyə cəhd edən şəxs tutulub

Hadisə

13.09.2021 - 09:54

Həkimlər Klinikalar SEO Xidməti

Asif Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub

Sentyabrın 12-si saat 13 radələrində Yardımlı rayonunun Arvana kənd sakini 1999-cu il təvəllüdlü Nəsrəddin Sətizadənin odlu silahdan açılan atəşlə öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Yardımlı Rayon Prokurorluğundan AYNA-ya verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1988-ci il təvəllüdlü Asif Ağayevin kənd ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nəsrəddin Sətizadənin sinə nahiyəsinə ov tüfəngindən atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Asif Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş