Həmkarlar İttifaqı Trampı məhkəməyə verir

Dünya

25.03.2025 - 19:46

Həkimlər Klinikalar SEO Xidməti

İddia Prezidentin ölkənin Təhsil Nazirliyini ləğv etmək planları ilə bağlıdır

Müəllimlərin Həmkarlar İttifaqı və vətəndaş hüquqları təşkilatları, o cümlədən Rəngli İnsanların İnkişafı üzrə Milli Assosiasiya (NAACP) ABŞ Prezidenti Donald Trampın administrasiyasına qarşı iddia qaldırıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

İddia Trampın ölkənin Təhsil Nazirliyini ləğv etmək planları ilə bağlıdır. Tramp bununla bağlı martın 20-də sərəncam imzalayıb. Layihəyə əsasən, nazirliyin səlahiyyətləri ştatlara veriləcək.

İddia Merilend ştatının Federal Dairə Məhkəməsinə verilib. Bildirilir ki, Konqres nazirliyə təhsil imkanlarını və keyfiyyətini genişləndirmək tapşırığı verib.

"Konqresdən nazirliyə açıq göstərişlərə baxmayaraq, Tramp administrasiyası bu həyati əhəmiyyət daşıyan qurumu bağlamaq niyyətini dəfələrlə açıq şəkildə bəyan edib", - bildirilib.

Həmkarlar hesab edirlər ki, Prezidentin Təhsil Nazirliyini bağlamaq addımı “Konstitusiyaya ziddir və Konqresin direktivlərini pozur”.

Qeyd edək ki, Tramp hökumət xərclərini azaltmaq proqramının bir hissəsi olaraq Təhsil Nazirliyini ləğv etmək qərarına gəlib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş