Peskov "Sputnik V"nin səmərəliliyinin sübut olunduğunu bildirib
“Prezident Vladimir Putin tamamilə sağlamdır və özünü yaxşı hiss edir. “Sputnik V” vaksinin təsiri yüksəkdir”.
AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
“Özünü əla hiss edir, tamamilə sağlamdır və işləməyə davam edir. Belə deyə bilərəm: həm Putin, həm də “Sputnik V” həmişəki kimi işləyir. “Sputnik V”nin səmərəliliyi sübut olunub və çox yüksəkdir. Prezident Putinin səmərəliliyi isə daha yüksəkdir”, - deyə Peskov bildirib.
Xatırladaq ki, Putin ətrafında koronavirusa yoluxan insanlar olduğundan dünən özünütəcrid rejiminə keçib. Peskov Prezidentin bütün zəruri testləri verdiyini bildirmişdi.