Həcc ziyarətinə gedən ikinci zəvvar qrupu bu gün yola düşəcək

Xəbərlər

26.05.2025 - 07:38

cedabet dərman SEO Xidməti

Bu mərhələdə 178 nəfərlik zəvvar qrupu Həcc səfərinə çıxacaq

Azərbaycandan Həcc ziyarətinə gedən ikinci zəvvar qrupu bu gün yola düşəcək. AYNA.AZ xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib.

Qeyd olunub ki, zəvvarlar bu gün saat 10:50-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Səudiyyə Ərəbistanına yola salınacaq.

Bu mərhələdə 178 nəfərlik zəvvar qrupu Həcc səfərinə çıxacaq. Onlar 4 qrupa bölünüb: ilk qrup 43 nəfərdən, digər üç qrup isə hər biri 45 nəfərdən ibarətdir.

Bu il Həcc ziyarətinin bir nəfər üçün ziyarət paketi 5 950 ABŞ dolları təşkil edir. Ziyarət yalnız vahid formada və hava nəqliyyatı vasitəsilə həyata keçirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş