Aktyor Nyu-Yorkda 87 yaşında ürək tutmasından dünyasını dəyişib
Amerikalı teatr və kino aktyoru Harris Yulin Nyu-Yorkda 87 yaşında ürək tutmasından vəfat edib. AYNA.AZ “People” nəşrinə istinadən bildirir ki, Yulin “Scarface”, “Ghostbusters”, “Training Day” kult filmləri və “Mister Bean” komediyası ilə tamaşaçıların yaddaşında qalıb.
Aktyor məşhur “Ozark” da daxil olmaqla televiziya seriallarında da rol alıb.
Ölümündən qısa müddət əvvəl o Laura Linney və Kevin Kline ilə birlikdə yeni “American Classic” serialını çəkməyə hazırlaşırdı. Rejissor Maykl Hoffmanın dediyinə görə, Yulin "indiyə qədər tanış olduğu ən böyük aktyorlardan biri idi".