“Hapoel” “Sabah”la oyuna tam heyətlə hazırlaşır

İdman

18.08.2026 - 22:24

Beer-Şeva təmsilçisini Buxarestdəki "Quleşti" stadionunda 900-dən çox azarkeş dəstəkləyəcək

İsrailin “Hapoel” (Beer-Şeva) komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah”a qarşı keçirəcəyi ilk oyuna tam heyətlə hazırlaşır. AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, cəzasını başa vuran yarımmüdafiəçi Matan Baltaxa bu görüşdə komandasına kömək edəcək.

Bununla belə, baş məşqçinin “Srvena Zvezda”nı 2:0 hesabı ilə məğlub edərək pley-off mərhələsinə vəsiqə qazanan heyətdə dəyişiklik etməyəcəyi gözlənilir.

Beer-Şeva təmsilçisini Buxarestdəki "Quleşti" stadionunda 900-dən çox azarkeş dəstəkləyəcək.

Qeyd edək ki, avqustun 19-da keçiriləcək "Hapoel" - "Sabah" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab oyunu isə avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş