Türkiyənin xarici işlər naziri ölkəmizə səfər edəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə “Axşam” qəzeti məlumat yayıb.
Türkiyənin XİN başçısının səfəri 15-16 sentyabr tarixlərində nəzərdə tutulub.
Hakan Fidanın Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi planlaşdırılır.
Eyni zamanda, Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla, habelə Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşəcək.