“İndi bütün işlərimiz Prezident Moisenin qatillərini axtarmağa yönəldilib”
Haiti səlahiyyətliləri ölkə Prezidenti Jovenel Moiseyə öldürülməzdən əvvəl işgəncə verildiyini açıqlayıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Haitinin Baş naziri, Prezident səlahiyyətlərini icra edən Klod Cozef deyib.
Onun sözlərinə görə, heç kim dövlət başçısının öz evində öldürüləcəyini və eyni zamanda, işgəncə veriləcəyini düşünə bilməzdi.
“İndi bütün işlərimiz Prezident Moisenin qatillərini axtarmağa yönəldilib”, - deyə Cozef deyib.
Qeyd edək ki, bir qrup naməlum təcavüzkar, iyulun 7-nə keçən gecə Haiti Prezidenti J.Moisenin iqamətgahına hücum edib. Cinayətkarlar dövlət başçısını odlu silahdan 12 dəfə atəş açaraq qətlə yetiriblər.
Haitinin ABŞ-dakı səfiri Boccit Edmond xarici muzdluları Moisenin qətlində günahlandırıb.