Hacıqabulda yanğın olub, <font color=red> xəsarət alan var</font>

Hadisə

06.04.2021 - 22:57

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb

 

Hacıqabul rayonunun Birinci Udullu kəndində ümumi sahəsi 24 m² olan köməkçi tikilinin qamışdan ibarət dam örtüyü və bitişik ümumi sahəsi 150 m² olan birmərtəbəli evin dam örtüyünün taxta atmaları 0,5 m² sahədə yanıb.

 

Bu barədə AYNA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

 

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Köməkçi tikilinin və bitişik evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az