Hacıqabulda narkotik satıcısı tutulub

Xəbərlər

25.07.2021 - 10:56

Onun üzərinə keçirilən baxış zamanı metamfetamin aşkar edilərək götürülüb

 

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini saxlanılıb.

 

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan AYNA-ya verilən məlumata görə, 27 yaşlı İbrahim Baxşiyev saxlanılaraq Polis Şöbəsinə gətirilib.

 

Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

 

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az