Haaqada soyqırımı qurbanlarının xatirəsi yad edilib

Xəbərlər

01.04.2025 - 10:37

Həkimlər Klinikalar SEO Xidməti

Xocalı faciəsi abidəsi önündə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı qurbanlarının xatirəsi anılıb

Haaqada ucaldılan Xocalı faciəsi abidəsi önündə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı qurbanlarının xatirəsi anılıb.

AYNA.AZ xəbər verir ki, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı keçirilən anım mərasimi soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Assosiasiyasının rəhbəri Mayisə Ağamirzəyeva Xocalı soyqırımının Niderlandda tanınması istiqamətində görülən işlərdən danışıb, bu məsələ ilə bağlı Niderland parlamentində keçirilmiş görüşü xatırladıb. O, Niderlanddan və digər Avropa ölkələrindən olan soydaşlarımızın soyqırımının tanıdılması üçün apardıqları işlərdən bəhs edib.

Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə Ermənistanın Azərbaycana hərbi təcavüzündən, eləcə də ərazilərimizin işğalı zamanı azərbaycanlı əhaliyə qarşı törədilmiş Xocalı soyqırımından, ermənilərin xalqımıza qarşı apardığı etnik təmizləmə, soyqırımı siyasətindən danışıb.

Bildirilib ki, XX əsrin əvvəllərində ermənilər xalqımıza qarşı dəfələrlə kütləvi qırğınlar törədiblər. Ancaq tariximizə Mart soyqırımı adı ilə düşən və qanla yazılan bu faciə unudulması və bağışlanması mümkün olmayan bir hadisədir. 1918-ci ilin martında başlayan Bakı qırğınları bu soyqırımının sonu deyildi. Azərbaycanın bir çox şəhərlərində, eləcə də Qərbi Azərbaycan ərazisində azərbaycanlılara qarşı qətliamlar törədildi. Xalqımıza qarşı soyqırımı aktı, eləcə də etnik təmizləmə siyasəti sonrakı illərdə də davam etdi. 1992-ci ildə Xocalı faciəsi soyqırımının kulminasiya nöqtəsi oldu. Lakin bu gün Azərbaycanın istənilən təhdidi zərərsizləşdirməyə hazır güclü ordusu, qalib xalqı və Müzəffər Ali Baş Komandanı var. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun sayəsində torpaqlarımız işğaldan azad edilib.

Anım tədbirində Almaniya və Niderlanddakı diaspor rəhbərləri də çıxış edərək, Xocalı faciəsi, eləcə də əsrin əvvəlində azərbaycanlılara qarşı törədilən 31 Mart soyqırımı qurbanlarının ədalətə layiq olduqlarını bildiriblər.

Haaqada soyqırımı qurbanlarının xatirəsi yad edilib
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş