Səfər çərçivəsində bir sıra görüşlərinin keçirilməsi nəzərdə tutulub
Martın 5-də Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri başlayır. Bu barədə AYNA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində Gürcüstan nümayəndə heyətinin ölkəmizdə bir sıra görüşlərinin keçirilməsi nəzərdə tutulub. Səfər martın 6-dək davam edəcək.