Gürcüstandan 250 nəfər Azərbaycana təxliyə ediləcək

Xəbərlər

20.01.2021 - 15:28

Təxliyə edilən şəxslər Azərbaycanda karantinə alınmayacaqlar

 

Koronavirus (COVİD-19) pandemiyası səbəbi ilə Gürcüstan-Azərbaycan sərhədlərinin bağlanmasından sonra Gürcüstanda qalan daha 250 nəfər Azərbaycana təxliyə ediləcək. AYNA APA-ya istinadən bildirir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

 

Qeyd edilib ki, təxliyə ediləcək şəxslər yanvarın 21-i günün ikinci yarısında koronavirus analizi verəcəklər. Test cavabı neqativ olan şəxslərə Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən müvafiq arayış veriləcək və onların yanvarın 22-də Azərbaycana təxliyəsi həyata keçiriləcək.

 

Təxliyə edilən şəxslərin Azərbaycanda karantinə alınmayacağı bildirilib. Təxliyə olunanlar arasında Azərbaycan vətəndaşları ilə yanaşı, Azərbaycanda yaşayış və iş icazəsi olanlar, həmçinin, ailə üzvləri Azərbaycan vətəndaşı olan şəxslərin olduğu bildirilib.

Müəllif: Ayna.az