Gürcüstanda “oğru dünyası”na bağlı 26 nəfər saxlanılıb

Dünya

07.02.2025 - 15:34

Həkimlər Klinikalar SEO Xidməti

Saxlanılanlardan üçü “qanuni oğru”dur

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları “oğru dünyası” ilə əlaqədə olan 26 nəfəri saxlayıb. AYNA gürcü mediasına istinadən bildirir ki, saxlanılanlardan üçü “qanuni oğru”dur.

Qeyd olunub ki, həbslər paytaxt Tiflis, İmereti və Sameqreloda həyata keçirilib. Daha dörd nəfərə qarşı qiyabi ittiham irəli sürülüb.

Bildirilib ki, həbs olunanları 15 ilə qədər həbs gözləyir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, həbs olunan şəxslər xaricdə yaşayan “qanuni oğrularla” pul müqabilində əlaqə saxlayıb və “oğruların əlbəyaxası” təşkil etməklə digər şəxslərə maliyyə mübahisələrinin həllində köməklik ediblər.

Axtarışlar zamanı saxlanılan şəxslərin xaricdəki “qanuni oğrularla” əlaqə saxlamaq üçün istifadə etdikləri kompüter və mobil telefonlar, habelə silahlar, patronlar, gilizlər və marixuana götürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş