Gürcüstanda nazir istefa verib

Dünya

14.02.2021 - 21:19

Qoça Lortkipanidze nazir vəzifəsinə 2020-ci ilin dekabrında təyin olunmuşdu

 

Gürcüstanın ədliyyə naziri Qoça Lortkipanidze vəzifəsindən istefa verib. AYNA qonşu ölkə mediasına istinadən bildirir ki, buna səbəb onun beynəlxalq cinayətlər, insanlığa qarşı cinayətlər, soyqırımları, müharibə cinayətləri və təcavüzkarlıq cinayətlərinə görə, şəxsləri təqib etmək səlahiyyətinə malik olan Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə (İCC) hakim seçilməsi olub.

 

Qeyd edək ki, Qoça Lortkipanidze nazir vəzifəsinə 2020-ci ilin dekabrında təyin olunmuşdu.

Müəllif: Ayna.az