Yoluxanların üçü ölkəni tərk edib, ikisi isə izolyasiya olunub
Gürcüstanda beş nəfərdə koronavirusun Hindistan ştammına rast gəlinib.
AYNA xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Milli Mərkəzi açıqlama yayıb.
Bildirilib ki, onlardan üçü ölkəni tərk edib, ikisi isə izolyasiya olunub.
Bugünədək Gürcüstanda 340 min 838 yoluxma faktı aşkarlanıb. 323 min 409 nəfər xəstəlikdən sağalıb, 4 min 699 nəfər isə koronavirusun qurbanı olub.