Koronavirus can almaqda davam edir
Gürcüstanda daha bir nəfər koronavirusdan dünyasını dəyişib.
AYNA xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində təsis etdiyi rəsmi saytda bildirilib. Bununla da ölkədə COVİD-19 səbəbi ilə ölənlərin sayı 5-ə çatıb.
Qeyd edək ki, hazırda ölkədə təsdiqlənmiş yoluxma hallarının sayı 411-ə çatıb, onlardan 98-i sağalıb.