Gürcüstanda “Delta” variantına yoluxma artır: <font color=red> dördüncü dalğa</font>

Dünya

13.07.2021 - 15:51

Həkimlər Klinikalar SEO Xidməti

Hazırda Gürcüstan çətin vəziyyətlə üz-üzədir

 

Gürcüstanda koronavirusun yeni ştammına - “Delta”ya yoluxanların sayı 72-yə çatıb. AYNA gürcü mediasına istinadən bildirir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini Tamar Qabuniya deyib.

 

“Uşaqlar arasında “Delta” ştammına yoluxma hallarının artacağı ilə bağlı risklər var. Son iki həftədə ölkəmizdə koronavirusla bağlı epidemioloji vəziyyət pisləşib”, - Qabulya əlavə edib.

 

Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze isə bildirib ki, hazırda Gürcüstan çətin vəziyyətlə üz-üzədir: “Güman ki, ölkə pandemiyanın dördüncü dalğasına daxil olur. Milli Mərkəz Koordinasiya Şurasına vaksinasiyanın intensivləşdirilməsi, testlənmənin daha da genişləndirilməsi və mövcud qayda və məhdudiyətlərə tam əməl edilməsi ilə bağlı tövsiyələr təqdim edilib”.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş