Gürcüstanda beynəlxalq aviareyslər açılır

Dünya

03.06.2020 - 14:59

Ölkədaxili aviareyslər iyunun 15-dən etibarən bərpa olunacaq

 

Gürcüstanda koronavirus pandemiyası səbəbindən bağlanan ölkədaxili aviareyslər iyunun 15-dən etibarən bərpa olunacaq. Bu barədə AYNA güecü mətbuatına istinadən xəbər verir.

 

İlk olaraq Tbilisi-Batumi, Nataxtari-Mestia, Nataxtari-Аmbrolauri istiqamətləri üzrə uçuşlar yerinə yetiriləcək.

 

İyulun 1-dən isə beynəlxalq uçuşların bərpası nəzərdə tutulub. Gürcüstanın İqtisadiyyat naziri Natia Turnava bildirib ki, artıq 30-dan çox beynəlxalq aviareysin bərpası istiqamətində razılıq əldə olunub.

 

Qeyd edək ki, Gürcüstanda beynəlxalq müntəzəm aviareyslərə məhdudiyyətlər iyunun 30-dək qüvvədədir.

Müəllif: Ayna.az