Gürcüstan Baş Prokurorluğundan Saakaşvili barədə AÇIQLAMA

Dünya

03.10.2021 - 22:39

Həkimlər Klinikalar SEO Xidməti

Prokurorluq sabir Prezidentə qarşı yeni ittiham irəli sürməyə tələsmir

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşviliyə hələ ki, sərhədi qanunsuz keçmək maddəsi ilə cinayət işi açılmayıb. AYNA TASS-a istinadən xəbər verir ki, ölkə prokurorluğu Saakaşvilinin iki ittiham üzrə məhkum olduğunu nəzərə alaraq ona tez zamanda sərhədi keçmə maddəsi ilə cinayət işi açmağa ehtiyac görməyib.

“Sərhədi keçmə məsələsinə gəldikdə, vaxt məhdudiyyətimiz yoxdur, lazım bildiyimiz zaman ittiham elan edəcəyik”, deyə Gürcüstan Baş Prokurorluğunun Mətbuat Xidmərindən bildirilib.

Qeyd edilib ki, Gürcüstan qanunvericiliyinə görə, bir şəxs cinayət ittihamı ilə saxlanılarkən, müstəntiqlərin ittiham irəli sürmək üçün 48 saatı var: “Əgər bu baş verməsə, həmin şəxs sərbəst buraxılmalıdır. Saakaşviliyə gəldikdə, bu tətbiq edilmir. Çünki o, təqsirləndirilən şəxs kimi deyil, məhkum kimi saxlanılıb”.

Qeyd edək ki, sabiq Prezident 8 illik mühacirətdən sonra Gürcüstana qayıdıb. Saakaşvili oktyabrın 1-də saxlanılıb.

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Saakaşvili Ukrayna vətəndaşı olduğu üçün Kiyev onun geri qayıtarılması ilə bağlı tədbirlər görəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş