Gürcüstan Azərbaycana yeni səfir təyin edib

Xəbərlər

16.09.2026 - 11:49

Yeni səfir postuna Giorgi Zakaraşvili təyin edilib

Giorgi Zakaraşvili Gürcüstanın Azərbaycandakı yeni səfiri təyin olunub. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

Giorgi Zakaraşvili 2021-ci ildən Gürcüstanın Ukraynadakı səfiri və GUAM-dakı daimi nümayəndəsi vəzifələrində çalışıb.

Xatırladaq ki, Gürcüstanın 2018-ci ildən Azərbaycandakı səfiri olmuş Zurab Pataradze bu ilin aprelin 28-dən Acarıstan Muxtar Respublikasının hökumət başçısı vəzifəsini tutur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş