Göygöl sakini sirkə turşusundan zəhərlənib

Hadisə

21.04.2021 - 21:49

Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir

 

Göygöl rayonunda qadın sirkə turşusu içərək özünü zəhərləyib.

 

AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb. Kənd sakini, 35 yaşlı Sevda Alınağıyeva hələ ki, məlum olmayan səbəblərdən sirkə turşusu içərək özünü zəhərləyib.

 

Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az