Göyçayda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb

Hadisə

05.12.2020 - 09:41

Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir 

 

Göyçay şəhər sakini Xasi Məmmədov COVID-19 virusunun daşıyıcısı olduğu üçün ev şəraitində müalicəyə cəlb olunub.

 

DİN-in Mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ancaq o, evdə özünü təcrid etməli olduğu halda karantin qaydalarını pozaraq ictimaiyyət arasına çıxıb. Polis əməkdaşları tərəfindən onun olduğu yer müəyyən olunub və yaşadığı ünvana göndərilib.

 

X.Məmmədov barəsində Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) İstintaq bölməsində araşdırma aparılır.

Müəllif: Ayna.az