Goranboyda sakinlərə tibbi maska paylanılıb

Xəbərlər

19.10.2020 - 13:55

Rayon sakinlərinə xüsusi karantin rejiminin tələblərini izah edilib

 

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimi qaydalarına riayət etmək məqsədilə insanların sıx toplaşdıqları bank, poçt məntəqələrinin və digər idarələrin qarşısında sosial məsafənin təmin olunmasına nəzarət edirlər.

 

Daxili işlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan AYNA-ya verilən xəbərə görə, polis əməkdaşları sakinlərə xüsusi karantin rejiminin tələblərini izah ediblər. Həmçinin onlara sosial məsafənin qorunmasının vacibliyi bildirilib, tibbi maska paylanıb.

Müəllif: Ayna.az