Göbələkdən zəhərlənən iki uşaq ölüb

Hadisə

20.10.2021 - 11:27

Baş Prokurorluq uşaqların göbələkdən zəhərlənərək ölməsi faktını araşdırır

Baş Prokurorluq iki uşağın zəhərlənərək vəfat etməsi faktı ilə bağlı araşdırma aparır.

Baş Prokurorluğun Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, Qax rayonunun Tasmaslı kənd sakinləri 47 yaşlı Mübariz Qasımov, onun övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə ilkin ehtimalla göbələkdən zəhərlənmə diaqnozu ilə Bakıda yerləşən Respublika Toksikologiya Mərkəzinə köçürülüblər.

Onlardan M.Qasımlı və İ.Qasımzadə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az