Gimnastlarımız qızıl medal qazanıblar

İdman

24.03.2025 - 18:54

Həkimlər Klinikalar SEO Xidməti

Mədinə Mustafayeva və Vladimir Dolmatov aerobika gimnastikası üzrə Dünya Kubokunda uğurla çıxış ediblər

Azərbaycanın idman gimnastları Mədinə Mustafayeva və Vladimir Dolmatov Portuqaliyanın Kantanhede şəhərində keçirilən aerobika gimnastikası üzrə Dünya Kubokunda uğurla çıxış ediblər.

Gimnastika Federasiyasından AYNA.AZ-a verilən məlumata görə, onlar qarışıq cütlük proqramında qızıl medal qazanıblar.

Hakimlərdən 19.350 xal alan idmançılarımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş