Gəncədə 33 yaşlı kişi bıçaqlanıb

Hadisə

09.09.2026 - 10:13

Onun hansı şəraitdə bıçaqlanması məlum deyil

Gəncədə bıçaqlanma hadisəsi baş verib. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Daşkəsən rayon sakini 1993-cü il təvəllüdlü E. Əsgərov qarnın kəsici-deşici yarası ilə xəstəxanaya yerləşdirilib.

O, dərhal əməliyyat edilib və hazırda vəziyyətinin ağır olduğu bildirilir.

33 yaşlı kişini hansı şəraitdə bıçaqlanması məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş