Gədəbəydə qəza: maşın dərəyə aşdı

Hadisə

18.08.2020 - 13:37

Qəza nəticəsində sürücü ölüb

 

Gədəbəydə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

 

Bildirilib ki, avqustun 17-də, saat 15:00 radələrində Gədəbəy rayonunun Qaradağ kəndi ərazisində rayon sakini M.Həsənov idarə etdiyi “VAZ-21061” markalı avtomobili dərəyə aşırıb və nəticədə, hadisə yerində ölüb.

 

Faktla bağlı Gədəbəy Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az